ÖLKƏ

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası Londonda Beynəlxalq Summitdə təmsil olunub

Ənənəvi olaraq hər il olduğu kimi bu il də 09-16 noyabr 2024-cü il tarixində London şəhərində Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı- ICB/ICFM Global tərəfindən Avropanın və MDB-nin beynəlxalq təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, audit, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə növbəti Beynəlxalq Summit keçirildi.

Tədbirdə ICB/ICFM-in Azərbaycanda rəsmi nümayəndəsi- Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə Azərbaycandan geniş nümayəndə heyəti tərkibində nazirliklərin, dövlət təşkilatlarının və ictimai əhəmiyyətli qurumların əməkdaşları-APFM üzvləri iştirak etdilər.

Bu toplantı hər il olduğu kimi maliyyəçilər üçün davamlı inkişaf proqramına uyğun uğurlu mühasibat karyerası, gələcək mühasibatlıqda gözləntilər və reallıqlar, süni intellekt, təcrübə strategiyası və s mövzuları əhatə edən canlı panel çıxışlarından, sosial toplantılardan, uğurlu biznes üçün taktiki məsləhətləri və sübut edilmiş strategiyaları bölüşmək üçün “networking” müzakirələrdən, yarışlardan və texnoloji sərgilərindən ibarət oldu.

Tədbirlər ərəfəsində 13 noyabr 2024-cü il tarixində ICB/ICFM Global nümayəndələri üçün Böyük Britaniyanın parlamentində işgüzar nahar yeməyi təşkil olundu və Azərbaycan nümayəndə heyəti- APFM üzvləri bu tədbirdə iştirak etdi. Həmçinin beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər keçirildi, mühasib və maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olundu. Tədbirdə qonaqlara Azərbaycanın milli hədiyyələri təqdim olundu.

Summit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə dəiqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan mühasib və maliyyəçilərə 15-ci Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirildi. Maliyyə və mühasibatlıq dünyasının Oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır.

Böyük qürur hissi ilə bildiririk ki, hər zaman mühasib peşəsinin inkişafına verdikləri töhfələri ilə zirvədə olan APFM-in fərdi və korporativ üzvləri də (ölkəmizin nüfuzlu təşkilatlarının nümayəndələri) bu tədbirdə Azərbaycanı təmsil edərək müxtəlif nominasiyalar üzrə «LUCA 2024″ mükafatı ilə təltif olundular. Mükafatlar rəsmi ziyafətdə ICB/ICFM Global təşkilatının İcraçı direktoru xanım Ami Copeland tərəfindən təqdim olundu.

  1. “For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə) -Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri
  2. “Financial Director of the Year” (İlin Maliyyə Direktoru)- Rasim Həsənov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin rəhbəri
  3. “Financial Manager of the Year” (İlin Maliyyə Meneceri)- İlhamə İsrafilova, Bakı Oksford Məktəbinin Maliyyə direktoru
  4. “Chief Accountant of the Year” (İlin Baş Mühasibi)- Vüqar Əsgərov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsinin müdir müavini, maliyyə sektorunun müdiri
  5. “For Contribution to the Improvement of Public Procurement Management” (Dövlət satınalmalarının idarə edilməsinin təkmilləşdirilməsinə verdiyi töhfəyə görə)- Əhməd Həsənov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri
  6. “Financier of the Year” (İlin Maliyyəçisi)- Amid Mirzəyev, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Mühasibat və sığorta əməliyyatları şöbəsinin müdiri
  7. “Auditor of the Year” (İlin Auditoru)- Kamal Məmmədov, Proqres Audit şirkətinin direktoru
  8. “Accountant of the Year” (İlin Mühasibi)- Rüfət Babayev, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun baş mühasibi
  9. “Tutor of the Year” (İlin Təlimçisi)- Zərqələm İsayeva, APFM Tədris Komitəsinin üzvü
  10. “Specialist in Accounting of the Year” (Mühasibatlıq üzrə İlin Mütəxəsisi)- Aygün Hüseynova, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun baş mühasibi
  11. “Specialist in Finance of the Year” (Maliyyə üzrə İlin Mütəxəsisi)- Səma İbrahimova, Drakaris MMC, Maliyyə şöbəsinin müdiri

Bu gün APFM üzvlərinin beynəlxalq tədbirlərdə iştirak etməsi, mükafatlar alması, ölkəmizi yüksək səviyyədə təmsil etməsi- təcrübəli mütəxəssislərimizin dünya miqyasında tanınmasına, onların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədir.

Qeyd edək ki, LUCA nominasiyaları üzrə namizədlər ilkin mərhələdə hər ölkədə ICB/ICFM nümayəndəliyi tərəfindən nəzərdən keçirilir, təsdiqlənir, müraciətlər və tövsiyələr vasitəsilə növbəti seçim mərhələsi üçün ICB/ICFM Beynəlxalq Şuraya təqdim olunur.

Mükafatlara layiq görülmüş APFM üzvlərini bir daha təbrik edirik, onlara uğurlar arzu edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir