Azərbaycanın özəl sektorunda muzdlu işçi sayı dövlət sekorundan 10 dəfə sürətlə artıb
Azərbaycanda son beş ildə dövlət sektorunda muzdlu işçilərin sayı 20 min artıbsa, özəl sektorda bu artım 200 mindən çox olub.
“Report”xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
“Ölkə iqtisadiyyatında əlavə dəyərin formalaşmasında özəl sektorun payı 83 %-ə yaxındır”, – deyə o əlavə edib.